Goranboyda ağır yol qəzası – 5 nəfər yaralanıb

Goranboyda ağır avtomobil qəzası baş verib.
 
Hadisə axşam saatlarında rayonun Tapqaraqoyunlu kəndi ərazisində baş verib. Qəza zamanı 5 nəfər xəsarət alıb. Onlardan 4-nün qadın olduğu bildirilir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların arasında ağır vəziyyətdə olanlar da var.
Faktla bağlı araşdırma aparılır.