Goranboyda ağır yol qəzası: 1 nəfər ölüb, 3 yaralı - YENİLƏNİB

Vəfat edən şəxs qadındır
 
Goranboyda baş verən yol qəzası nəticəsində 1 nəfər ölüb.
Qəza zamanı yaralanan "VAZ-21099" markalı avtomobilin sərnişini, 1953-cü il təvəllüdlü Şəfiqə Alı qızı Qasımova təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə nəticəsində daha 3 nəfər xəsarət alıb. Yaralananlar ölən qadının həyat yoldaşı, gəlini və nəvəsidir. Onlar xəstəxanaya yerləşdiriliblər./report
***17:39
Goranboyun Dəliməmmədli şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.
"VAZ-21099" markalı avtomobil ilə hazırda markası məlum olmayan digər bir maşının toqquşmsı nəticəsində bir neçə nəfər yaralanıb.
Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya çatdırılıb.