Goranboyda 56 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Goranboy rayon sakinini elektrik cərəyanı vurub.
 
Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Kənd sakini, 1961-ci il təvəllüdlü Cəfərov Rasim Mobil oğlunu evində iş görən zaman elektrik cərəyanı vurub.  
Yaxınları onu Gəncəyə xəstəxanaya çatdırmaq istəsələr də, R. Cəfərov yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.