Goranboyda 45 yaşlı kişi bıçaqlanıb

 Hadisə rayonun Yeni kənd ərazisindən baş verib
 
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Yenikənd kəndi ərazisindən baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Şahin Əmiraslan oğlu Rzayev hələki bilinməyən mübahisə zəminində bıçaqlanıb. O, Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkimlər tərəfindən əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı Goranboy rayon Polis Şöbəsindən araşdırmalara başlanılıb.