Goranboyda 22 yaşlı gənc ögey atasını bıçaqladı

Baxış sayı:
2182

Goranboyda 22 yaşlı oğlan ögey atasını bıçaqlayıb.

"Qafqazinfo"nun xəbərinə görə, hadisə Ağcakənd qəsəbəsində baş verib.

Belə ki, 22 yaşlı Hikmət Kərimov münaqişə zəminində atalığı Məqsəd Əliyevi bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. H. Kərimovun psixoloji problemləri olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.