​Goranboyda “06” yük maşını ilə toqquşdu: 2 qardaş öldü - VİDEO

Baxış sayı:
729

Goranboy rayonunda ağır yol qəzası olub.
ARB TV xəbər verir ki, Qarqucaq kəndində Elçin Əsgərovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil “Shacman” markalı yük avtomobili ilə toqquşub.
Nəticədə Elçin Əsgərov, onun qardaşı Tural Əsgərov və digər sərnişin - Kamil Qəhrəmanov dünyasını dəyişib. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Fakt araşdırılır.