Goranboy sakini ÖZÜNÜ ASDI

Goranboy rayon sakini özünü asaraq intihar edib.
Hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Kənd sakini,  1984-cü il təvəllüdlü Abdullayev Araz Yasin oğlu özünə məxsus aptekdə intihar edib.
İki uşaq atasının hansı səbəbdən özünə qəsd etməsi hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır(apa).