Gömrükdən oğurlanan pullar belə xərclənir... – NAZİR HAQQINDA ŞOK FAKTLAR

70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI

Baxış sayı:
19336

Dəyərli oxucular! Muxalifet.az saytı hər həftə yeni və tam fərqli bir layihə ilə görüşünüzə gəlir. Belə ki, saytımızın əməkdaşları həftə ərzində Azərbaycan mətbuatının hədəfində olan, barəsində ən çox tənqidi yazılar dərc olunan məmurlar, oliqarxlar, deputatlar və s. haqda dərc olunan məqalələri toplayıb, sizlərə təqdim etməkdədir. Bununla da hər bir məmurun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, həftənin “qəhrəmanı”nı da tanımış olacaqsınız. Beləlkilə, 07-13 avqust 2018-ci ildə elektron mətbuatda ən çox adı hallanan vəzifəli şəxs Fövqəlada hallar naziri Kəmaləddin Heydərov “Kəmaləddin Heydərovun oğlu təşkilatının Bakı ofisini də bağladı”, “Kəmaləddin Heydərovun oğlunun şirkəti bağlandı - BBC”, “Tale Heydərovun TEAS təşkilatı bağlandı”, “Gömrükdən oğurlanan pullar belə xərclənir... - Keçmiş baş brokerdən bahalı alış-veriş…”, “Britaniyalı deputatların Azərbaycana səfərlərini kim maliyyələşdirir?”, “Heydərov haqqında ŞOK ARAŞDIRMA - Britaniyalı deputatların Azərbaycana səfərlərini kim maliyyələşdirir?” başlıqlı 6 məqalə ümumilikdə 12 elektron KİV-də işıqlandırılmışdır. Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 2-ci yeri “Azərişıq” ASC-nin sədri Baba Rzayev “Vətəndaşın başına qəribə olay gəlib... - GİLEY”, “Baba Rzayevin villasını çəkən jurnalistin evinin işıqlarını kəsdilər -VİDEO”, “İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI – “Sayğaclara uzaqdan müdaxilə edilə bilər””, “Bu ay işıq pulu niyə hamıya çox gəlib? - Şübhələrlə bağlı RƏSMİ AÇIQLAMA”, “Zərdab sakinləri nədən narazılıq edirlər? - "...hökmən hansısa bədbəxt hadisə baş verməlidir?”, “Abşeron Gənclər Şəhərciyində sayğac anormallığı - Elektrik sayğacları abonentlərdən gizlədilib”, “İŞIQ BÖHRANINDAN SONRA İŞIQPULU BÖHRANI – “Sayğaclara uzaqdan müdaxilə edilə bilər””, ““Azərişıq” işıq pulunun çox gəlməsi ilə bağlı mətbuat konfransı keçirdi” başlıqlı 8 məqalənin 11 elektron KİV-də yayılması ilə tutur. Mətbuatda ən çox ad hallanan vəzifəli şəxslər siyahısında 3-cü yeri “Çirkli biznes oyunları - Əbülfəz Məlikov Akif Çovdarovdan da betər olub…”, “Əbülfəz Məlikovun bahalı alış-verişi - Gömrükdən oğurlanan pullar belə xərclənir…”, “Gömrükdən oğurlanan pullar belə xərclənir... - Keçmiş baş brokerdən bahalı alış-veriş…”, “Əbülfəz Məlikov dövləti necə sabotaj edir... - İDDİA”, “"Broker Əbülfəz" Azərbaycan dövlətini sobataj edir? ilginc gəlişmə”, başlıqlı 5 məqalənin 10 elektron KİV-də yayılması ilə Broker MMC-nin rəhbəri Əbülfəz Məlikov tutur. 70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI Ötən həftə mətbuatda adı ən çox hallanan Milli Məclisin deputatları arasında 1-ci yeri “70-dən çox yaşı olan məmur və deputatlarımız - SİYAHI” başlıqlı 1 məqalənin 3 elektron KİV-də yayılması ilə deputat Elmira Süleymanova, Hadı Rəcəbli və Ziyad Səmədzadə bölüşür. Mətbuatda ən çox adı hallanan Milli Məclisin deputatları siyahısında 2-ci yeri Elmira Axundova “Deputat 250 min manatı niyə verib?”, “Deputat Elmira Axundovanın oğlu yenidən məhkəmədə ifadə verib” başlıqlı 2 məqalənin 2 elektron KİV-də yayılması ilə tutur. Muxalifet.az