Gömrükdən alkoqollu içki və siqaret keçirmək ÇƏTİNLƏŞDİ - Baş nazirdən qərar

Baxış sayı:
5269

Nazirlər Kabineti "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Muxalifet.az-ın məlumatına görə, dəyişiklik fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilməsi ilə əlaqədardır. İndiyə qədər hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 3 litr alkoqollu içki, 600 ədəd siqaret gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilərdi. Dəyişikliyə əsasən gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə biləcək alkoqollu içkinin miqdarı 2 dəfə, siqaretin miqdarı 3 dəfə azaldılıb. Başqa sözlə, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret gömrük ödənişlərini ödəmədən gömrük sərhədindən keçirilə bilər.