Gömrükdə külli miqdarda NARKOTİK TUTULDU

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Azərbaycandan Rusiyaya gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb. 
DGK-dan verilən məlumata görə, yoxlama zamanı, vətəndaşın gödəkçəsinin ciblərində cəmi 348 kapsul "Tramadol 50 mq" adlı dərman preparatı aşkar edilib. 
Xatırladaq ki, tramadol 18 mart 2016-cı il tarixli müvafiq qanunla təsdiq edilmiş "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na daxildir. 
Faktla bağlı araşdırma aparılır.