GÖMRÜKDƏ KADR DƏYİŞİKLİKLƏRİ – Səfər Mehdiyev idarə rəislərinin yerini dəyişib

Baxış sayı:
4855

Dövlət Gömrük Komitəsində kadr dəyişikliyi baş verib.

AzVision.az-ın məlumatına görə, Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovvəzifəsindən azad edilib. Onun yerinə Kənan Məmmədov təyinat alıb.

Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilən Mehman Sadıqov Şirvan Gömrük İdarəsinə rəis təyin edilib. Şirvan Gömrük İdarəsinin rəisi Pərviz Rəhimov isə Xaçmaz Gömrük idarəsinə gətirilib.

Qeyd edək ki, Pərviz Rəhimov azərbaycanlı oliqarx-milyarder İlham Rəhimovun qohumudur.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev mətbuata açıqlamasında qurumda ciddi islahatların aparılacağını bəyan edib.