Gömrükdə bəyan edilməyən dərman preparatları AŞKAR EDİLDİ

Gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkar edilib. 
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşına məxsus avtomobildəki əl yükləri "HCVG vizual Smiths Detection" yoxlama-baxış sistemindən keçirilən zaman qurğunun monitorunda dərman preparatlarının təsviri görünüb. 
Həmin yükə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 20 adda 61 qutu və qablaşdırma qutusu olmayan 30 konvalyut müxtəlif dərman preparatları aşkar edilib. 
Faktla bağlı araşdırma aparılır.