GÖMRÜKÇÜLƏRİN MAŞINLARI TIXAC YARADIR - Gömrük Komitəsinin yeni binası nəqliyyatın hərəkətinə mane olur

Baxış sayı:
937

Bu yaxınlarda Mətbuat prospektində, Beynəlxalq Mətbuat Mərkəzinin (BMM) yanında Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq İdarəsinin yeni binasının açılışı oldu.
Muxalifet.az narazı sürücülərə istinadən xəbər verir ki, gömrük işçiləri burada fəaliyyət göstərdikdən sonra Mətbuat prospektində böyük tıxaclar yaranmağa başlayıb. Hansı ki, sürücülər Dövlət Gömrük Komitəsinin sözügedən binasının açılışından əvvəl bu ərazidə heç vaxt tıxac olmadığını bildirirlər.
Sakinlər deyir ki, son günlər həmin ərazidən hərəkət etmək çətinləşib, işə və yaxud hansısa bir yerə vaxtında gedib-gələ bilmirlər. Buna səbəb isə gömrük əməkdaşlarının öz bahalı avtomobillərini istədikləri yerdə qanunsuz olaraq park etməsidir.
Narazı sürücülər deyir ki, gömrük əməkdaşları ərazidə uzun tıxaclara səbəb olduqlarının fərqində olsalar da, onlar öz avtomobillərini harda gəldi saxlayaraq, nəqliyyatın hərəkətinə mane olurlar.
Sürücülər ümid edir ki, yetkili orqanlar onların səsini eşidərək, Mətbuat prosketində yaranmış propblemi tezliklə aradan qaldırmağa çalışacaqlar.

Muxalifet.az
P.S. Mövzunu diqqətdə saxlayacağıq.