Gömrükçülər yağ qutularında siqaret aşkar etdi

Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiyadan Azərbaycana gələn ölkə vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib.
DGK xəbər verir ki, bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı papiroslar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.