​GÖMRÜKÇÜLƏR HEROİN AŞKARLADI

Baxış sayı:
6328

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.
DGK-dan verilən məlumata görə, yoxlama zamanı vətəndaşın ayağında olan ayaqqabılarının hər iki tayının tərliyinin alt hissəsindən, 2 ədəd uzunsov bükümlərdə, ümumi xalis çəkisi 651,6 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.