​Gömrük prosedurlarını sadələşdirilir - NAZİRDƏN AÇIQLAMA

Baxış sayı:
2833

Gömrük-sərhəd prosedurlarının sadələşdirilməsi istiqamətində işlər aparırıq.
Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
Nazirin sözlərinə görə, qısa müddətdə Rusiya aksiz mallarının rəsmiləşdirilməsi üçün aksiz postunun yaradılması üçün razılıq verib.
"Bu, bizim üçün çox vacibdir. Azərbaycan sahibkarları, xüsusi ilə tütün məmulatlarının, spirtli içkilərin ixracı zamanı rəsmiləşdirmə üçün Gürcüstanın Yuxarı Qars məntəqəsinə gedir, oradan Bakıya qayıdırdılar və buradan da Dərbəndə gedir, beləliklə mallarını ixrac edirdilər. Bu proseslərə artıq ehtiyac olmayacaq", - deyə nazir vurğulayıb./APA/