“Gənclik”də dəhşət: maşını insanların üstünə sürdü - Video

Baxış sayı:
12898

“Gənclik" metrostansiyası yaxınlığındakı yol-nəqliyyat hadisəsinin baş vermə anı kameraya düşüb. 
Muxalifet.az "Baku.ws"yə istinadən xəbər verir ki, kadrlardan göründüyü kimi avtomobil digər maşınların arasında manevr edir və qəfil dayanacağa doğru hərəkət edir. 
İdarəetməni itirərək dayanacağa çırpılan avtomobil səki ilə gedən 22 yaşlı qızla 23 yaşlı oğlanı vurub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qıza ilkin diaqnoz kimi sol bazunun travması, oğlana alının kəsilmiş yarası qoyulub.