​“Gənclik Mall”da bir neçə MAĞAZANI SU BASIB

Mağazalar fəaliyyətini dayandırıb
“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən iki mağaza fəaliyyətini dayandırıb.
“Report”un xəbərinə görə, buna səbəb yuxarı mərtəbədə su borusunun zədələnməsi olub.
Borunun zədələnməsi nəticəsində “Zel home” və “Coincasa” mağazalarına su dolub.
Hazırda mağazaya dəymiş ziyanın məbləği müəyyənləşdirilir və problemin aradan qaldırılması istiqamətində iş aparılır.