​Gəncədəki partlayış zamanı dağıntılar altından xilas edilən şəxs öldü - VİDEO

Baxış sayı:
6193

Gəncə şəhərində yaşayış binasında baş verən partlayış zamanı xəsarət alan şəxs dünyasını dəyişib.
Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, noyabrın 20-də Gəncədə dördmərtəbəli yaşayış binasında baş verən partlayış zamanı dağıntılar altından xilas edilən, 1997-ci il təvəllüdlü Orxan Oqtay oğlu Məmmədov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə nəticəsində 3 girişdən ibarət binanın 1-ci girişindəki mənzillər dağılıb, nəticədə 3 nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (Səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.