​Gəncədə yüksək sürət yol qəzasına səbəb olub

Baxış sayı:
2263

Gəncə şəhərində avtomobil qəzası baş verib.
Muxalifet.az report-a istinadən məlumat verir ki, 28 May küçəsində yüksək sürətlə hərəkətdə olan naməlum avtomobil qarşıdan gələn "Opel" markalı maşını vuraraq yoldan çıxarıb.
Nəticədə "Opel" yol kənarındakı ağaca çırpılıb. Qəzanı törədən avtomobil hadisə yerindən uzaqlaşıb. Nəticədə xəsarət alan olmasa da, "Opel"ə ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.