Gəncədə tələbə dəm qazından boğulub - YENİLƏNİB

Baxış sayı:
1976

Gəncədə dəm qazından boğulan tələbənin kimliyi müəyyənləşib.

APA-nın yerli bürosunun xəbərinə görə, ölən şəxs Məmmədov Tural Uğur oğludur.

***

11.32

Gəncədə dəm qazından boğulma hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Gəncə Aqrar Universitetinin tələbəsi olan gənc oğlan Gülüstan qəsəbəsində yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.