​Gəncədə sərnişin avtobusu qəzaya düşüb, yaralılar var - YENİLƏNİB

Baxış sayı:
11698

Gəncədə baş verən yol qəzasında xəsarət alan şəxslərin adı məlum olub.
"Report"un Qərb bürosunun məlumatına görə, sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakinləri, iki qardaş - 1976-cı il təvəllüdlü Natiq Əhmədov və 1978-ci il təvəllüdlü Fədail Əhmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb və hər iki qardaşın vəziyyətinin orta-ağır olduğu bildirilir.
Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində, baş verib. 
Belə ki, şəhər daxilində sərnişin daşıyan "İsuzu" markalı avtobusla "VAZ-21015" markalı minik avtomobili ilə toqquşub. Hadisə şahidlərinin verdiyi məlumata görə, qəza nəticəsində bir neçə nəfərin xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırlılb. 
Faktla bağlı araşdırma aparılır.