​Gəncədə qorxunc dəstənin 3 üzvü də TUTULDU – Biri qadındır

Baxış sayı:
7147

Gəncə şəhərində soyğunçuluq, quldurluq və oğurluq cinayətləri törədən mütəşəkkil dəstənin daha bir neçə üzvü müəyyən edilib.
Muxalifət.az xəbər verir ki, həbs edilmiş Elxan Yaqubov və Adil Nuriyevin ətrafında istintaq hərəkətləri davam etdirilib.
Onların fevralın 5-dən 25-dək olan müddətdə Goranboy rayon sakini Eldar Qənbərov, Gəncə şəhər sakinləri Şaiq Hacıyev və Aytən Allahverdiyeva ilə birgə Gəncənin Nizami rayonu ərazisindəki 3 evdən pul, qızıl və məişət əşyaları oğurladıqları müəyyən olunub.
Həyata keçirilən əməliyyat tədbirləri ilə Eldar Qənbərov, Şaiq Hacıyev və Aytən Allahverdiyeva saxlanılıblar.
Qeyd edək ki, Elxan Yaqubov və Adil Nuriyev fevralın 25-də həbs ediliblər.
Mingəçevir şəhərindən Gəncəyə işləmək məqsədi ilə gələn1998-ci il təvəllüdlü Əbruz Mikayıllı kirayə yaşadığı evə maskalı şəxslərin silahlı basqın etməsi barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verib.
Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində müəyyən olunub ki, Goranboy rayon sakinləri - 1997-ci il təvəllüdlü Elxan Yaqubov və 1991-ci il təvəllüdlü Adil Nuriyev dəmir barmaqlıqları qıraraq evə daxil olublar.
Soyğunçuların üzərinə baxış zaman onlardan 1 ədəd “Makarov” tipli tapançaya bənzər alışqan, 1 ədəd vint açan, 2 ədəd cib bıçağı, 2 cüt əlcək və 1 ədəd tiyəli xəncər formalı bıçaq götürülüb.
Adil Nuriyev əvvəllər məhkumluq həyatı yaşayıb. Dələduzluq etdiyi üçün o, Binəqədi rayon Polis İdarəsi tərəfindən axtarışda da olub. /Teleqraf/