Gəncədə qadını avtomobil vurub

Baxış sayı: 39

Gəncə şəhərində qadını avtomobil vurub.
 
Qazax rayon sakini, hazırda Gəncədə yaşayan 1949-cu il təvəllüdlü Hüseynova Diləfruz Novruz qızı sol baldır nahiyəsinin əzilmiş-kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.
 Qadın bildirib ki, iki gün əvvəl şəhərin “Dubay bazarı” adlanan ərazisində avtomobil onu vurub. Bir neçə gün evdə müalicə olunan qadın daha sonra xəstəxanaya yerləşdirilib. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.