GƏNCƏDƏ ÖLƏNLƏRİN SAYI 10 NƏFƏRDƏN ÇOXDUR / 40-dan çox mülki vətəndaş xəsarət alıb / YENİLƏNİB

Baxış sayı:
1101

"Əlavə məlumat: 10-dan çox mülki şəxs öldürüldü və təxminən 40 nəfər yaralandı".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin atəşə tutulması ilə bağlı özünün "Twitter"dəki hesabında yazıb.

"Xilasetmə işləri davam edir. Ermənistanın dövlət terroru siyasətinə son qoyulmalıdır" - deyə o bildirib.

***03:31

"Ermənistan tərəfindən Gəncənin alçaq raket atəşi nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb. Yaralıların sayı 35 nəfərdir".

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.

"Dağıntılar altında qalmış dinc sakinlərin fövqəladə xidmətlərin əməkdaşları tərəfindən xilas olunması davam edir", - deyə o bildirib.