Gəncədə oğru ev sahibini bıçaqladı

Gəncə şəhər sakini evinə daxil olan oğru tərəfindən bıçaqlanıb.
APA-nın verdiyi məlumata görə şəhər sakini, 1961-ci il təvəllüdlü Şamil Məmədov sol bud nahiyısinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdriilib.
Ona dərhal tibbi yardım göstərilib. Ş. Məmmədov tək yaşadığını və evə daxil olan oğrunu tutmağa çalışan zaman bıçaqlandığını deyib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.