​Gəncədə narkotik alverçisi həbs edildi

Baxış sayı:
3730

Gəncə şəhərində narkotiklərlə bağlı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini Ehtiram Musayev saxlanılıb.
Ondan 13 ədəd lirika və 30 ədəd tramadol həbləri, kirayədə yaşadığı mənzildən isə 815 qram marixuana, 660 ədəd tramadol və 50 ədəd lirika həbləri aşkar edilərək götürülüb.
Davam etdirilən tədbirlərlə ona narkotik vasitəni satan şəxs də müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin evindən 845 qram marixuana aşkar edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.