Gəncədə maarifləndirmə tədbirləri davam etdirilir – KORONAVİRUS PANDEMİYASI İLƏ ƏLAQƏDAR / Video

Baxış sayı:
1401

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları əvvəlcə şəhərin küçə və prospektlərində, binaların qarşısında xidməti avtomobillərdən əhaliyə səsləndikdən sonra Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminə əməl etməyən, yaşı 65-dən yuxarı olan şəxslərlə profilaktik söhbətlər aparıb.

DİN-in  Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları onlara Nazirlər Kabinetinin müvafiq qərarı barədə məlunat verilərək xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də ki, cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaqda ötrü evdən çıxmamaq barədə xəbərdarlıq edilib.
Daha sonra onlar polis əməkdaşları tərəfindən yaşadıqları ünvanlara qədər müşayiət ediliblər.

Muxalifet.az