​Gəncədə kütləvi dava - İKİ NƏFƏR BIÇAQLANIB

Baxış sayı:
3634

Gəncə şəhərində gənclər arasında xəsarətlə nəticələnən dava olub.

Muxalifet.az xəbər verir ki, hadisə axşam saatlarında mərkəzi unverimağın yaxınlığında qeydə alınıb.

Hələlik bilinməyən səbəbdən gənclər arasında yaranmış mübahisə zəminində 19 yaşlı Məhəmməd Məmmədov döş qəfəsindən bıçaqlanıb. Dalaşanları ayırmağa çalışan 26 yaşlı Nemət Məmmədov da sağ qolundan bıçaq xəsarəti alıb.

Hər iki yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. N.Məmmədov xəstəxananınTravmatologiyaya, M.Məmmədov isə Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb. /Report