Gəncədə DƏHŞƏT - Oğul atasını qətlə yetirdi
15-11-2019 23:46
Baxış sayı:
7492
Gəncə şəhərində oğul atasını qətlə yetirib.
"Report"un məlumatına görə, hadisə Kəpəz rayonunda qeydə alınıb.
Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Dadaşov Yüsif Mübariz oğlu sərxoş vəziyyətdə atası, 1967-ci il təvəllüdlü Mübariz Dadaşovu bıçaqlayıb. Ağır xəsarət alan M.Dadaşov ölüb.
Hadisəni törədən şəxs saxlanılıb.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.