​Gəncədə DƏHŞƏT: Dayı 17 yaşlı bacısı oğlunu qanına qəltan etdi

Baxış sayı:
1361

Gəncə şəhərində qohumlar arasında bıçaqlanma hadisəsi baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Gəncə şəhər sakini İsmayılov Arzu Qalib oğlu dayısı tərəfindən bıçaqlanıb.
Yaralı əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Eyni zamanda hadisə zamanı daha bir nəfər - 1989-cu il təvəllüdlü İsmayılov Elnur Arzu oğlu da bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (report)