Gəncədə baş həkim vəzifəsindən azad edildi – TƏBİB-dən AÇIQLAMA

Baxış sayı:
1288

Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsindən kənarlaşdırılıb.

Muxalıfet.az oxu.az-a istinadla xəbər verir ki, xəstəxananın baş həkimi Quliyev Azad İlyas oğlu öz xahişi ilə işdən getmək istəyib.

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) Mətbuat katibi Rəvanə Əliyeva bu barədə açıqlama verərək bildirib ki, həkim öz ərizəsi ilə işdən çıxarılması üçün müraciət edib:

“O, bu gün vəzifəsindən azad edilib”.