Gəncədə baba arvadını, gəlinini və 2 nəvəsini bıçaqlayıb, ölən var - YENİLƏNİB

Baxış sayı:
7498

Gəncədə 4 nəfərin bıçaqlanması ilə nəticələnən hadisənin təfərrüatları məlum olub

APA-nın yerli bürosunun məlumatına görə, hadisə ailə münaqişəsi zəminində baş verib.

Ailə başçısı həyat yoldaşını, gəlinini və iki nəvəsini bıçaqlayıb. Nənə hadisə yerində dünyasını dəyişib. 

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.  

 

***

20:20

Gəncə şəhərində kütləvi dava zamanı 3 nəfər bıçaqlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, bıçaqlananların biri ölüb, digər iki nəfəri isə ağır yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. 

Ölən və xəsarət alanların kimliyi məlum deyil. 

Hadisənin hansı səbəbdən baş verməsi dəqiqləşdirilir.