​Gəncədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb

Baxış sayı:
5002

Gəncədə avtomobil qəzasında xəsarət alan qadın yerləşdirildiyi xəstəxanada ölüb.
Muxalifet.az report-a istinadən xəbər verir ki, şəhərin Şah İsmayıl Xətai prospektində hərəkətdə olan “BMW”, “Mercedes” və iki “VAZ” markalı avtomobillər toqquşub. Qəza zamanı Gəncə sakini, 1957-ci il təvəllüdlü Süleymanova Solmaz Cəfər qızı ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralı Gəncə şəhərində yerləşən özəl xəstəxanaların birinə yerləşdirilib. Lakin göstərilən tibbi yardıma baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.