Gəncədə antiterror əməliyyatında məhv edilən şəxslə bağlı YENİ XƏBƏRLƏR

Baxış sayı:
640

Famil Ələkbərov cəmi 1 ay əvvəl uzunmüddətli həbsdən çıxıbmış

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) əməkdaşları tərəfindən Gəncədə Famil Fazil oğlu Ələkbərov və Rüstəm Rafael oğlu Rzayevin zərərsizləşdirilməsinin yeni təfərrüatları məlum olub. Yayılan rəsmi məlumatlara görə, tərk-silah əməliyyat tədbiri zamanı R.Rzayevin və Famil Ələkbərovun olduğu avtomobil saxlanılıb. Lakin həmin şəxslər odlu silahdan atəş açaraq silahlı müqavimət göstəriblər.

DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq Famil Ələkbərov və Rüstəm Rzayev məhv ediliblər. Hadisə yerindən 1 ədəd “Kalaşnikov” avtomatı, həmin silaha aid sursat, 1 ədəd “F1" əl qumbarası, Famil Ələkbərova məxsus avtomobilə baxış zamanı partlayıcı maddə olan 3 ədəd 200 qramlıq trotil şaşkası və onları işə salmaq üçün 3 ədəd elektrodetonator aşkar edilərək maddi sübut kimi götürülüb. Məhv edilən F.Ələkbərovla bağlı criminal.az saytı yazır ki, o cəmi 1 ay 16 gün əvvəl cəzasını çəkərək həbsdən azadlığa buraxılıb. F.Ələkbərov 2003-cü il iyulun 17-də iş adamı Elbrus Muradovu odlu silahla öldürüb.

Ä°lgili resim

Hadisənin təfərrüatı barədə sayta danışan E.Muradovun qardaşı qızı Gülnar Muradova bildirib ki, Gəncə şəhərindəki “Passaj” adlanan univermaq əmisinə məxsus olub. Onun sözlərinə görə, həmin univermağa görə əmisinin hazırda ömürlük həbsdə olan cinayətkar banda başçısı Şöhrət Quliyevlə münaqişəsi yaranmışdı: “Bu ərəfədə əmim küçənin ortasında odlu silahla arxadan güllələnərək öldürüldü. Yas mərasiminə Şöhrət özü də gələrək başsağlığı vermişdi. Qətli törədən Famil Ələkbərov bir neçə gün sonra tutuldu. Əmimin 40 mərasimi günü, yas mağarı sökülən zaman Familin qardaşı Kamal naməlum şəxslər tərəfindən öz avtomobilndə ağzından güllə ilə vurularaq öldürüldü. Həmin vaxt atamı və əmimi şübhəli kimi saxladılar. İstintaqın versiyasına görə, Kamal qan düşməçiliyinə görə atam və əmim tərəfindən öldürülüb. 2 aydan sonra onların günahı sübuta yetirilmədiyindən azadlığa buraxıldı. Kamalın qətli düz 7 il bağlı qaldı. Mərhum general Rasim Musayev Gəncə Şəhər Baş Polis İdarəsinə rəis gələndən sonra ağır cinayətin üstünü açdı”.

G.Muradova bildirib ki, Ş.Quliyevin cinayətinin üstünün açılmasına səbəb Famil Ələkbərovun həbsxanadan ona göndərdiyi məktublar olub: “Famil Şöhlətə yazdığı məktublarında müxtəlif məbləğdə pulların ailəsinə çatdırılmasını yazırdı. Rasim Musayev məktubları araşdırdıqdan sonra Şöhrət Quliyevin cinayətkar şəbəkəsini ifşa etdi. Məlum oldu ki, Şöhrət Quliyev Familə əmimin qətlini sifariş verib və bunun üçün pul vəd edib. Lakin Famil həbs edildiyindən həmin mükafatı ona verməyib. Buna görə də Famil həbsxanadan həmin məbləğin çatdırılması üçün məktublar yazırmış. Sonradan istintaq müəyyən etdi ki, Şöhrət Quliyev Gəncə şəhər sakini Kamal Ələkbərovun öldürülməsini sifariş verərək, bununla əlaqədar cinayətin icraçılarına 25 min ABŞ dolları mükafat vəd edib”.

Baş verənlərlə bağlı Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə məlumatında da bildirilirdi ki, 2003-2004-cü illərdə Bakı və Gəncə şəhərlərində Əhməd İbrahimovun və Kamal Ələkbərovun qəsdən öldürülməsi faktı üzrə keçirilən istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində iş üçün əhəmiyyət kəsb edən bir sıra maddi sübutlar əldə olunmuş, eləcə də Gəncə şəhər sakini Şöhrət Quliyevin başçılıq etdiyi silahlı cinayətkar dəstə tərəfindən digər ağır cinayətlərin törədilməsi təkzibedilməz dəlillərlə sübuta yetirilib.

Gəncə ile ilgili görsel sonucu

Müəyyən edilib ki, 2003-cü ilin dekabrında Şöhrət Quliyev Mehman Qəhrəmanovla birgə Anar Həsənov, Səxavət Xudiyev, İlham Şabanov, Xəzər Kazımov və Elmar Qasımovdan ibarət silahlı mütəşəkkil dəstə yaradaraq, onu odlu silah və döyüş sursatı ilə təchiz edib. Şöhrət Quliyev cinayətkar dəstənin üzvlərinə Bakıdakı “Sədərək” ticarət mərkəzində çilçıraq satışı ilə məşğul olan Əhməd İbrahimovu öldürməyi tapşırıb və bunun müqabilində onlara 25 min ABŞ dolları məbləğində pul mükafatı verəcəyini vəd edib. Cinayətkar dəstənin üzvü Anar Həsənov 2003-cü il dekabrın 18-də Əhməd İbrahimova yaşadığı binanın girişində “Makarov” markalı tapançadan atəş açaraq onu öldürüb. Cinayətkar dəstənin üzvləri Gəncə şəhərində fəaliyyət göstərən Xəzər Kazımova məxsus “Quş südü” kafesində mütəmadi yığışaraq törədəcəkləri cinayətlərin plan və detallarını müzakirə edib, eləcə də narkotik vasitələrin istehlak və satışını həyata keçirmişlər. Ş.Quliyev 2009-cu il mayın 27-də tutulub və ömürlük azadlıqdan məhrum edilib. Onun oğlu Elnur Quliyev isə hazırda Gəncədə məhkəmə işçisidir. İllər öncə musavat.com saytı yazmışdı ki, Ş.Quliyevin uzun müddət cəzasız qalması Gəncə şəhərinin sabiq prokuroru Adil Vəliyevlə yaxın münasibətdə olması ilə bağlıdır. Hətta onun Gəncə Şəhər İcra Hakimiyyətinin o vaxtkı başçısı Eldar Əzizova, onun müavininə bahalı avtomobillər, Gəncə prokuroruna Xaşbulaq istirahət zonasında 2 mərtəbəli villa hədiyyə etməsi barədə də xəbərlər var idi./musavat.com/