​Gəncədə ağır yol qəzası olub - 2 NƏFƏR ÖLDÜ

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Gəncə şəhərinin Nizami rayonunda “Mercedes” markalı minik avtomobili səkiyə çırpılıb.
Gəncə Regional Mərkəzinin xilasediciləri avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücüsü - 1992-ci il təvəllüdlü Ələkbərov Kənan Orxan oğlunun və sərnişin - 1994-cü il təvəllüdlü Nağıyev Nicat Nüsrət oğlunun meyitlərini çıxararaq aidiyyətı üzrə təhvil veriblər.