Gəncədə 24 yaşlı gənc çinar ağacından özünü asıb

Baxış sayı:
5347

 Gəncə şəhərində intihar hadisəsi baş verib.
Muxalifet.az-ın oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin Əttarlar küçəsində qeydə alınıb.
1995-ci il təfəllüdlü Yusif Qasımi yaşadığı evin həyətindəki çinar ağacından özünü asıb. Onun özünə nədən qəsd etməsinin səbəbi hələlik məlum deyil. 
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.