Gəncədə 12 gündür yoxa çıxan 14 və 9 yaşlı bacılardan XƏBƏR VAR

Baxış sayı:
27118

Aprelin 5-i səhər saatlarında Gəncə şəhər sakinləri, 14 yaşlı  Pərvanə Nipalıyeva və bacısı 9 yaşlı Ceyran Nipalıyeva dərsə getmək adı ilə çıxaraq geri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının təxirəsalınmadan həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin 17 aprel tarixində şəhər ərazisində olduqları müəyyən edilib və onlar, ailəsinə təhvil veriliblər.
Faktla bağlı araşdırma aparılır.