​Gəncə sakini özünü bıçaqlayaraq öldürüb

Gəncə şəhər sakini özünü öldürüb. APA-nın verdiyi məlumata görə, şəhər sakini 1955-ci il təvəllüdlü Allahverdiyev Vidadi Məhəmməd oğlu yaşadığı evdə qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
V. Allahverdiyev aldığı bıçaq yarasından dünyasını dəyişib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.