Gəncə sakini güllələndi - POLİS ƏMƏLİYYAT KEÇİRDİ...

Baxış sayı:
6802

Gəncə şəhərində silahlı insident baş verib.

Hadisə noyabrın 30-da, gecə saat 1 radələrində qeydə alınıb.

Şəhər sakini Arif Həsənov münaqişə zəminində tüfəngdən açdığı atəşlə həmyerlisi Elmar Əlizadəyə xəsarət yetirib.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Arif Həsənov saxlanılıb.

Cinayət törədilərkən istifadə etdiyi “TOZ-16” markalı ov tüfəngi ondan götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.