Gənc qız Paşinyana ŞOK YAŞATDI - Metroda verdiyi bukleti cırıb üstünə tulladı / VİDEO

Baxış sayı:
3859

Baş nazir Nikol Paşinyan Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı aprelin 5-də keçiriləcək referendum ərəfəsində Yerevanda təşviqat aparır.

Muxalifet.az virtualaz.org-a istinadən bildirir ki, martın 6-da təşviqat yeri kimi metro seçilib, sərnişinlərə referendumda “bəli” deməyə çağıran bukletlər paylanıb.

Paşinyan tərəfindən "bəli" yazısı olan bukletlər paylanarkən xoşagəlməz hadisə baş verib. Gənc qız bukleti cırıb və baş nazirin üstünə atıb. Paşinyan isə öz növbəsində buna “Hər şey yaxşıdır, fikrinizə hörmətlə yanaşırıq, demokratiya elə bunun üçün mövcuddur” deməklə reaksiya verib.