​Gənc qadın küçədə döyülüb

Günay Əhmədova xəstəxanaya yerləşdirilib
 
Bakıda qadın küçədə döyülüb.
Hadisə Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, Günəşli qəsəbəsindəki küçələrdən birində 27 yaşlı Əhmədova Günay Vəli qızı naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. O o, döyülərək müxtəlif bədən xəsarətləri alıb.
G.Əhmədova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.