Gənc oğlanı qonşusu bıçaqladı – BAKIDA

Bakıda gənc oğlan qonşusu tərəfindən bıçaqlanıb.
 
Hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, Qədirli küçəsində 1992-ci il təvəllüdlü Kərimov Coşqun Əli oğlu qonşuluğunda yaşayan iki nəfərlə mübahisə edib. C.Kərimov ayaq və sağrı nahiyəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.