Gənc oğlana beş bıçaq zərbəsi vuruldu - PAYTAXTDA

Bakıda gənc oğlana beş bıçaq zərbəsi vurulub.
Hadisə Səbail rayonunda baş verib.
Belə ki, "20-ci Sahə" adlanan ərazidə, marketin qarşısında 1988-ci il təvəllüdlü Hüseynov Hüseyn Minbudaq oğlu tanışı ilə əlbəyaxa dava edib. Nəticədə o, 5 bıçaq zərbəsi alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.