Gənc oğlan qətlə yetirildi - GƏNCƏDƏ

Gəncədə qətl hadisəsi törədilib.
 
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Əliyev Mehman Rauf oğlu yolun kənarında bıçaqlanıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətlə yetirilən gənc təxminən 24-27 yaşlarında olub. Onun kim tərəfindən qətlə yetirildiyi hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.