Gəncə hadisələrinə görə tutulanlardan biri AZADLIQDA

Baxış sayı:
976

Gəncə hadisələrinə görə tutulanlardan biri azadlığa buraxılıb. Unikal.org-un məlumatına görə, bu gün Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələrində təqsirləndirilən bir qrup şəxsin - Aydın Rüstəmov, Elvin Əliyev, İsa Məhərrəmzadə və digərlərinin şikayəti üzrə növbəti məhkəmə prosesi keçirilib. Məhkəmənin qərarı ilə təqsirləndirilənlərdən Elvin Əliyev azadlığa buraxılıb, digərlərinin isə cəzası azaldılıb.