"Gəmilərimizin partladılması cavabsız qalmayacaq" - İRANDAN HƏDƏ DOLU MESAJ

Baxış sayı:
599

“Neft tankerinə hücum cavabsız qalmayacaq”.

İRNA xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şəmxani deyib.

Qırmızı dənizdə “Sinopa” adlı neft tnakerinin raketlərin hücumuna məruz qalması ilə bağlı danışan baş katib bildirib ki, hücumu araşdırmaq üçün xüsusi komitə qurulub: “İstintaqın nəticəsi yaxın zamanda aidiyyəti orqanlara göndəriləcək. Toplanan bilgilər və əldə edilən videogörüntülər sayəsində hücumun arxasında dayananlar haqqında ipucları tapılıb. Beynəlxalq sularda ticarət gəmilərinə qarşı hücumlar qlobal iqtisadiyyata təhdid yaradır. Ticarət gəmilərinin təhlükəsizliyini hədəfləyən dəniz quldurluğu və beynəlxalq dəniz yollarındakı pisliklər cavabsız qalmayacaq”.

Qeyd edək ki, ötən gün Səudiyyə Ərəbistanının Ciddə limanına 95 km məsafədə İrana aid “Sinopa” neft tankerinə iki raket düşmüşdü.

İran Milli Tanker Şirkəti tankerin iki raketlə hədəf alındığını, lakin hücumun qaynağının müəyyən edilmədiyini açıqlamışdı./Publika.az