Gəmilərimiz Rusiyanı məhv etməyə qadirdir - GENERAL

Baxış sayı:
8530

ABŞ Rusiyanın istənilən hücumuna cavab verə bilər.
Bunu jurnalistlərə açıqlamasında ABŞ Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Con Hayten söyləyib.
“Biz bütün təhdidlərə cavab verməyə hazırıq və heç kim bundan şübhə etməməlidir. Rusiya ABŞ-a kütləvi hücumdan başqa heç nə edə bilməz. Onlar hələ də bilmirlər ki, bizim sualtı qayıqlarımız harada yerləşir. Bu sualtı gəmilər onların ölkəsini məhv etməyə qadirdirlər”, – deyə o bildirib./axar/