​Gəmi 85 milyon dollarlıq saraya belə çırpıldı - VİDEO

Baxış sayı:
2323

Hadisə şahidləri "Vitaspirit" adlı yük gəmisinin idarəetmədən çıxaraq İstanbulun Bosfor boğazı sahilində yerləşən malikanəyə çırpıldığı anı lentə alıblar.
“RİA Novosti" xəbər verir ki, hadisə ötən gün İstanbulun Asiya hissəsində yerləşən Anadoluhisar rayonunda baş verib.
Misirdən Ukraynaya üzən gəmi sükanda yaranmış nasazlıq səbəbindən Sultan Mehmet Fatih körpüsü yaxınlığında saray binasına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binaya ciddi ziyan dəyib. Dağılmış malikanə XVIII əsrdə tikilib və 85 milyon dollar məbləğində qiymətləndirilir.