Gələn həftə S-400-lər Türkiyəyə gəlir – Nazirdən açıqlama

Baxış sayı:
4798

Türkiyənin Müdafiə Sənayesinin rəhbəri İsmayıl Dəmir
jurnalistlərin suallarını cavablayaraq S-400 məsələsinə də toxunub.
 
İsmayıl Dəmir iyul ayında təhvil verilməsi başlayacaq S-400 ilə əlaqədar, "İyulun birinci həftəsi keçdi. İyulun ikinci həftəsinə giririk. Gələn həftə S-400 fəaliyyətlərini görəcəksiniz" deyib.
S-400 ilə əlaqədar Rus heyətinin gəlib gəlmədiyi sualına isə Dəmir, "Heyətlər gələr gedər. Bu əməliyyatlar dövlətlərin qurumları arasında işləyər" deyə söyləyib.
"S-400-lərin Şərq Aralıq dənizinə yerləşdirilməsi planlaşdırılırmı" sualına isə Dəmir, "Sistemin yerləşdiriləcəyi yer TSQ-nin səlahiyyətindədir. Amma Şərqi Aralıq dənizi bu anda planlaşdırmalar içində "biz S-400 aldıq, Şərq Aralıq dənizindəki balans dəyişəcək" deyə bir planlama yoxdur. Türkiyənin əlindəki məhsulun lazım olduğu zamanda və yerdə istifadə etmək üçün hərəkətə keçə bilər. Bu hərəkat planlayıcılarının verəcəyi qərardır. Şərtlər içində ən uyğun seçimi edəcəklər" cavabını verib.
 
"SANKSİYALARA QARŞI TƏDBİRİMİZİ ALDIQ"
 
Ola biləcək ABŞ sanksiyalarına qarşı atılacaq addımlarla əlaqədar Dəmir bunları qeyd edib: "Sanksiyalar sirr deyil. Sənədlərdə bilinir. Amerikan sanksiyaları dediyimizdə, CAATSA qanunu dediyimizdə nələri ehtiva etdiyi az çox bilinir. Bu sanksiyaları bildiyimiz üçün tədbirlərimizi aldıq. Daha əvvəl bənzər bir sualda da söyləmişdim. Sanksiyalar müəyyən bir müddət çətinliklərlə qarşılaşmamıza yol aça bilər. Ancaq bunun son nəticəsi müdafiə sənayemizin daha güclənməsi, irəliləməsi və gələcəyi daha güclü addımlarla getməsi mənasını verəcək. Bu bizi caydırmayacaq, daha da gücləndirəcək. Müvəqqəti təsirlər olacaq, amma bu təsirlər sovuşdurulacaq".
Müxalifət.az